VIDEO-Güclü dolu və leysan Şamaxıya ciddi ziyan vurub

VIDEO-Güclü dolu və leysan Şamaxıya ciddi ziyan vurub

24 May 2011 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Şamaxı rayonunun Göylər, Dağ Bağırlı, Quşçu, Mirikənd, Çaylı, Carhan, Adnalı və Məlikçobanlı kəndlərinə 3-4 sm diametri olan dolu düşüb. Təxminən 15 dəqiqə davam edən doludan sonra səhər saatlarınadək güclü leysan yağıb. Nəticədə təsərrüfatın ayrı-ayrı sahələrinə, evlərin dam örtüyünə, meyvə bağlarına, əkin sahələrinə ciddi ziyan dəyib. Hadisə ilə bağlı rayon fövqəladə hallar komissiyasının nümayəndələri yerlərdə ziyan çəkmiş vətəndaşlarla görüşlər keçirirlər.

Dolu Şamaxıya problemlərlə dolu günlər gətirib.

Murad Şahməmmədov

O.M.