Havadan xəbərdar olun

Havadan xəbərdar olun

24 May 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 24-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Havanın necə olmağından asılı olmayaraq, hamınıza aydın səma arzulayırıq...

Günel Həbib

O.M.