Kral toyunun papağı satıldı

Kral toyunun papağı satıldı

24 May 2011 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə şahzadə Bitraysın kraliyyət toyunda taxdığı papaq "eBay"da satıldı. Bitraysın anası Sara Ferquson Opraf Vinfreyin verilişinin qonağı idi. Həmin əsnada qonaq qızının kraliyyət toyunda başına qoyduğu papağı satmaq üçün "eBay"da auksion keçiriləcəyi xəbərini verdi. Bundan sonra maral buynuzuna bənzər papağa maraq artmağa başladı. Və sonda papağa 81 min funt-sterlinq verən tapıldı. Lakin yeni sahibin adı hələ ki açıqlanmır. Filip Treasi tərəfindən hazırlanan bu papaqdan əldə olunan gəlir UNİCEF və "Children in Crisis" xeyriyyə fonduna keçiriləcək.

Xeyriyyə işinə görə "papağı" da satmaq olarmış...

Günel Həbib

O.M.