AMEA Taarif Şurasına müraciət edəcək

AMEA Taarif Şurasına müraciət edəcək

24 May 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturada ödənişli təhsil üzrə təhsil haqlarını müəyyənləşdirmək üçün Taarif Şurasına müraciət edəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, doktoranturada ödənişli təhsil, əsasən xarici vətəndaşlar üçün nəzərdə tutulur: "AMEA doktoranturada ödənişli təhsil üçün təxminən 2000 dollar təhsil haqqı təklif edib. Bu qiymət başqa ölkələrlə müqayisədə çox aşağıdır."

M.Kərimov onu da qeyd edib ki, Azərbaycan vətəndaşları üçün pullu doktorantura nəzərdə tutulmayıb: "doktoranturada sonradan pullu təhsilin olub-olmayacağını deyə bilmərəm. Şəxsən mən bunun əleyhinəyəm, çünki hər bir halda pulla alim olmaq düz deyil ."

Pulla alim olmaq düz olmadığı kimi alim olub pulsuz olmaq da düz deyil...

Tofiq Əliyev

O.M.