Pulu olmadı, özünü əməliyyat etdi

Pulu olmadı, özünü əməliyyat etdi

24 May 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Çonqçin şəhərində yaşayan Vu Yüenbi xəstəxana xərclərini ödəyə bilmədiyi üçün əlinə bıçaq götürdü və özü-özünü "əməliyyat" etdi.

12 il bundan əvvəl xroniki mədə xəstəliyindən əziyyət çəkən qəhrəmanımız bütün qohumlarının köməyi ilə əməliyyat olunmuşdu. Lakin bu dəfə onun dadına yetişən olmadı. Xəstəxana xərclərini ödəyə bilmədiyini görən Vu ağrılara dözməyib, bıçaqla qarnını yardı. Orada yığılıb qalmış 25 kiloqramlıq suyu boşaltdı. Bunu görən qonşuları Vunu dərhal xəstəxanaya çatdırdılar. Hazırda o, Çinin dövlət xəstəxanasında dövlət hesabına müalicə olunur. Hətta onun üçün sağlamlıq sığortası da ayrılıb.

Nəbadə pulunuz olmadığı təqdirdə bu kimi yollara əl atasınız. Prokuror sizi tutub qarnınızdan "uşaq" çıxarar...

Günel Həbib

O.M.