Yol qəzasında deputat ölüb

Yol qəzasında deputat ölüb

24 May 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Məmməd Məmmədov yol qəzasında dünyasını dəyişib. Hadisə mayın 21-də baş verib. Deputat M. Məmmədov, onun həyat yoldaşı və atası Yarəli Məmmədovun olduğu "Mercedes" markalı avtomobil Naxçıvan şəhərində qəzaya uğrayıb. Nəticədə M. Məmmədov və atası dünyasını dəyişib. M. Məmmədovun həyat yoldaşı isə xəsarət alıb. Qeyd edək ki, M. Məmmədov "Şərq Qapısı" qəzetinin baş redaktoru, "Azərbaycan" qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri olub. M. Məmmədov həmçinin Naxçıvan MR Ali Məclisinin deputatı, Azərbaycanın "Əməkdar jurnalist"i idi.

Qəza millət vəkilinə baxmır. Odur ki, hər an ehtiyatın arxasında gizlənmək lazımdır...

Tofiq Əliyev

O.M.