Ermənilər ordumuzun mövqelərini atəşə tutublar

Ermənilər ordumuzun mövqelərini atəşə tutublar

24 May 2011 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 13.20-dən 13.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.40-dan 18.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.45-dən 19.50-dək və 21.50-dən 22.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz gücü vardır.

Tofiq Əliyev

O.M.