Ben Laden narkoman imiş

Ben Laden narkoman imiş

23 May 2011 18:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Главред" saytının Ukrayna versiyasının məlumatına görə, 1 nömrəli terrorçu Usama Ben Laden yaşayan ölü imiş. "Karl Vinson" təyyarəsində meyit yarılarkən bir çox faktlar üzə çıxdı. Xüsusi xidmət orqanlarının təşkil etdikləri əməliyyatda 4 pataloqanatom iştirak edirdi. Meyitin beyni xüsusi müayinə üçün ABŞ-a göndərildi. Onun psixi xəstə olub-olmadığı hələ də alimlərin diqqət mərkəzindədir. Hələliksə bir fakt təsdiqini tapıb - Ben Laden yaşayan ölü idi. Başqa sözlə desək, o, bir necə ağır xəstəliyə tutulmuşdu. Ürəyi normadan artıq genişlənmiş, böyrək çatışmazlığı xroniki hal almışdı. Həkimlərin fikrincə, o, 1 il ərzində öz əcəli ilə öləcəkdi.

Meyitin bədənindəki yarıqlar və sol ayağında iki barmağının olmamağı köhnə yaralardan xəbər verirdi. Əlinin vəziyyəti onu deməyə əsas verirdi ki, Usama narkoman idi. Hətta iynə izləri ayaq damarlarında da açıq-aydın görünürdü. O, həm də şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Böyrəklərində isə torbacıqlar əmələ gəlmişdi.

Xatırladaq ki, cari ilin 6 may günü Əl Qaidə təşkilatı internet vasitəsilə yaydığı məlumatda Usama Ben Ladenin ölümünü rəsmən təsdiq edib.


Hətta ən qorxulu nağıllarda da bu qədər yalan uydurulmur...

Hafiz Əhmədov

O.M.