Bu şəkil Amerikada çəkildi

Bu şəkil Amerikada çəkildi

23 May 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ-da fırtına qopdu

Dünən Amerikanın orta hissələrini təsiri altına alan fırtınalar Minnesota əyalətinin Minnipolis şəhərində bir insanın həyatına son qoydu. Missuridəki bir qəsəbəni isə demək olar ki, xəritədən sildi.

Bir xəstəxananın çox böyük zərər gördüyü Joplin şəhərində 24 nəfərin öldüyü bildirilir. Fırtınaların ən çox Joplində görüldüyünü söyləyənlər şəhərdə yıxılan ağaclardan, dağılmış evlərdən, uçulmuş binalardan tərpənmək mümkün olmadığını söyləyib, yaralıların xəstəxanalara çatdırıldığını da əlavə etməyi unutmadılar.

Rəsmi olaraq Avropa turuna çıxan Barak Obamanın ilk dayanacağı bu gün İngiltərə oldu. O, fırtına nəticəsində ölənlər üçün xalqa başsağlığı verdi.

Təbii ki, ABŞ təbiətin qəzəbinə tuş gəlməli idi. Axı dəvədən böyük fil var...

Günel Həbib

O.M.