Yəmən prezidenti 3-cü dəfə aldatdı

Yəmən prezidenti 3-cü dəfə aldatdı

23 May 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin prezidenti Əli Abdulla Saleh üçüncü dəfə istefaya getmək ərizəsini son anda imzalamaqdan imtina etdi. Reutersin məlumatına görə, bazar günü Saleh son anda fikrini dəyişərək, müqaviləni imzalamadı. Bununla belə, yerli televiziya ilə çıxış edərək, müxalifəti kəskin tənqid etdi. Onun bu addımı Körfəz ölkələri və Qərb gücləri tərəfindən hiddətlə qarşılandı. Saleh çıxışı zamanı açıq-aydın rəqiblərinə meydan oxuyaraq dedi: "Yəməndə vətəndaş müharibəsi başlayarsa, bunun günahkarı onlar olacaqlar." Əslində, müqavilə imzalanacağı təqdirdə, Saleh hörmətlə təqaüdə çıxa və Yəmən tarixində prezident kimi qala bilərdi. Lakin o, bunu etmədi. Və indiyədək dinc nümayişlərdə 170 yəmənlinin qanını tökdü.


Bal tutan barmaq yalayar. Əli Abdulla Saleh də barmağını yalayanda dişləyib ki, bal kimi vəzifəni niyə verirəm?..

Hafiz Əhmədov

O.M.