Kompüter arxasında ABŞ əsgərlərini tək-tək ovlayırlar

Kompüter arxasında ABŞ əsgərlərini tək-tək ovlayırlar

23 May 2011 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ əsgərlərinin təhsil məqsədi ilə istifadə etdikləri "Americans Army"nin Çin versiyası da çıxdı. Çində hərbi məqsədlə istifadə edilən video oyunda əsgərlər Amerikalı həmkarlarını vurub öldürərək, bu şəkildə təhsillərini başa vururlar. Bu günə qədər "Call of Duty", "Operation Flash Point" kimi oyunlarda ABŞ əsgərləri düşmənlərini aradan qaldırırdı. Ancaq Çində bu rəsmin əksinə olaraq amerikalı əsgərlər məhv edilir.

Çin əsgərlərinin nəzarət etdiyi və 2 illik müddətdə tamamlanan "Glorious Mission" adlı oyun əslində, əsgərlərin təhsillərinə kömək məqsədi ilə düşünülüb. Çinli əsgərlər bu oyuna girərək silahdan istifadə etməyi və içlərində ABŞ əsgərlərinin də olduğu hədəflərini tək-tək ovlamağı öyrənir.

Ancaq hərbi təhsilə töhfə verən oyun fikri yeni bir hadisə deyil. Çünki 2002-ci ildə yaradılan və vətəndaşlara qadağa olan "American's Army" adlı oyun da eyni məqsədə xidmət edirdi.

Oyunun sonunda tikan çıxır. Monitordan yox, oynayanın ürəyindən...

Günel Həbib

O.M.