Liviya nefti artıq Qəddafiyə işləmir

Liviya nefti artıq Qəddafiyə işləmir

23 May 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Reuters agentliyinin bu günə olan məlumatında bildirilir ki, Liviya nefti artıq Müəmmar Qəddafiyə işləmir. Belə ki, Tunis mənbələri Liviyanın karbohidrogen ehtiyatları üzrə rəhbərinin qaçdığını deyirlər. Tunisin xarici işlər nazirliyi təsdiq edir ki, Liviya Dövlət Energetika şirkətinin rəhbəri Şokri Qanem diktatordan üz döndərib və üsyançıların düşərgəsinə keçməyə hazırlaşır. Bu da müxalifətçilərin mövqeyini daha da möhkəmləndirəcək. Avropa Şurasının xarici siyasət üzrə nümayəndələrinin Benqaziyə səfəri nəticəsində ruhlanan üsyançılar yeni xəbəri alqışla qarşıladılar. Halbuki, onların Qəddafi kabinetində ən çox narazı olduqları rəhbərlərdən biri də məhz Şokri Qanem idi.


Tunis mənbələrinin bildirdiyinə görə, Qəddafinin arvadı Safiya, qızı Aişə bu ölkənin Cerba adasında məskunlaşdıqdan sonra diktatorun da tezliklə qaçıb qonşu ölkəyə sığınacağı gözlənilir.


Xatırladaq ki, Avropa Şurası artıq üsyançıların nəzarətində olan Benqazi şəhərində ofis açıb.


Qara neftin rəngi liviyalıların qanı ilə qızarsa da, neft öz dəyərini itirmir...

Hafiz Əhmədov

O.M.