Qanunsuz zibilxanalarla bağlı monitorinqlər keçirilir

Qanunsuz zibilxanalarla bağlı monitorinqlər keçirilir

23 May 2011 10:17
Bəyəndim (0) Bəyənmədim (0)


Bakı şəhərinin ekoloji mühafizəsi və sanitar təmizliyi üçün qanunsuz zibilxanalarla bağlı monitorinqlər keçirilir.

"Təmiz şəhər" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, qurumun Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birgə yaratdığı işçi qrup son bir ayda paytaxtın Qaradağ, Xətai, Səbail və Yasamal rayonlarında xeyli qeyri-qanuni tullantı sahələri aşkar etmişdir. Onların ləğv edilməsi barədə əlaqədar qurumlara xəbərdarlıq olunmuşdur. Nizami rayonunda aşkar edilən bir qeyri-qanuni zibilxana ərazisi qısa müddətdə təmizlənmişdir.

İndiyədək Bakı şəhərinin müxtəlif rayonlarında qeydə alınmış qeyri-qanuni zibilxanalardan 20-si təmizlənmiş, 50 min kubmetrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınmışdır.

Qanunsuz zibilxanalarla bağlı monitorinqlər davam edir.

Qanunsuz zibilxanaların "zibilləri" üzə çıxıb.

Tofiq Əliyev

O.M.