ABŞ-ın sürpriz İran qərarı "YouTube"dan açıqlandı

ABŞ-ın sürpriz İran qərarı "YouTube"dan açıqlandı

21 May 2011 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın İranla bağlı sürpriz qərarı "YouTube"dan dünyaya bildirildi.

ABŞ rəhbərliyi ölkəyə girişi uyğun görülən iran tələbələrinin viza müddətini 2 ilə qədər uzatdı. İranlı tələbələrə 2 ilə qədər viza haqqının verilməsi "YouTube"da Hilari Klinton tərəfindən fars və ingiliscə açıqlandı.

Əvvəllər tələbələrə 3 ay Amerikada qalmaq və tək giriş haqqı verilirdi. İndi isə vəziyyət xeyli düzəldi. Bundan sonra özəlliklə təhsillə bağlı bu ölkəyə addım atacaq olan iran tələbələri 2 ilə qədər viza və bir neçə dəfə giriş-çıxış haqqına sahib olacaqlar.


Günel Həbib