Dargözlülər təhlükə ilə üz-üzədirlər

Dargözlülər təhlükə ilə üz-üzədirlər

21 May 2011 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin cənubundakı Qunqdonq əyalətində 136 nəfərin qanında yüksək dərəcəli qurğuşuna rast gəlindi.

Səlahiyyətlilər bəzi şübhələrdən sonra 1468 nəfəri testdən keçiriblər. Onlardan 136 nəfərin - özəlliklə uşaqların qanında qurğuşun tapılıb. Hətta onlardan 59-nun vəziyyəti o qədər ağır olub ki, onlara "zəhərlənmə" diaqnozu qoyulub. Dövlət xəstəxanalara yerləşdirilən pasiyentlərin xərclərini öz boynuna götürüb. Ehtimallara görə, zəhərlənənlərin əksəriyyəti Zıcin qəsəbəsindəki "Hıyuen Sunvay" batareya fabrikasının ətrafında yaşayanlardır.

Qeyd edək ki, bu cür zəhərlənmə əsəb və immunitetin düşməni sayılır. Onun sayəsində sonsuzluq baş qaldıra və güclü mədə ağrıları yarana bilər.


Günel Həbib