İstanbul polisinin acı günü

İstanbul polisinin acı günü

21 May 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 20-də axşam saatlarında Türkiyənin İstanbul Polis Təşkilatına məxsus vertolyot dənizə düşərək, parçalanıb. Xəbərə görə, qəzaya uğrayan vertolyotda 5 nəfər heyət üzvü olub. Dənizə düşən vertolyotdan yalnız pilot sağ çıxıb. O, yaralı olmasına baxmayaraq, üzərək dənizdən çıxmağı bacarıb. Pilotun İstanbul polis rəisinin müavini Kamal Özdəmir olduğu bildirilir.

Qəzada ölən digər 4 nəfərdən biri də 10 yaşlı uşaq olub. Qəzaya vertolyotda texniki nasazlığın səbəb olduğu ehtimal edilir.


Günel Həbib