Bu gün də şimşək çaxacaq

Bu gün də şimşək çaxacaq

21 May 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti mayın 21-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Departamentdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz isə 13-18 dərəcə olacaq.

Bu gün yağış yağacaq, şimşək çaxacaq. Amma onun ardından gözəl hava və Günəşin şüaları üzümüzü güldürəcək. Təki həyatımızda şimşəklər çaxmasın....

Günel Həbib