Telefonların elektronlaşdırılması başa çatıb

Telefonların elektronlaşdırılması başa çatıb

20 May 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin ümumi telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatmışdır. Bütün telefon stansiyaları tətbiq edilməsi prioritet vəzifələrdən olan növbəti nəsil (NGN - Next Generation Network) şəbəkələrinin bazasına əsaslanır. Yeni sistem operatora rabitə xidmətlərinin ənənəvi növləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet və IP-TV xidmətlərini də göstərməyə imkan verir. İndiyədək operatorun şəbəkəsində fəaliyyət göstərən ATS-lərin 60 faizi növbəti nəsil şəbəkələrinin bazasına əsaslanırdı.

Könül Aypara