Nəqliyyatımız gələn il üçün tam hazır olacaq

Nəqliyyatımız gələn il üçün tam hazır olacaq

20 May 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyinin mətbuat xidməti katibliyinin rəhbəri Namiq Həsənovun mətbuata bildirdiyinə görə, gələn il Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinədək paytaxtımızda yol-nəqliyyat şəbəkəsi tam hazır vəziyyətdə olacaqdır. İndi Bakının müxtəlif yerlərində, o cümlədən Qələbə, Azadlıq, Azneft meydanlarında, Neftçilər, Parlament, Heydər Əliyev, Bülbül prospektlərində, Ziya Bünyadov, Zərifə Əliyeva küçələrində müxtəlif yol nəqliyyat qovşaqları tikilir.
N.Həsənov demişdir ki, Şəhidlər xiyabanının qarşısında müasir tipli keçid tikilir, bununla yanaşı, bir sıra yollar da istifadəyə veriləcəkdir. Həmçinin Mərdəkan-Bilgəh-Sumqayıt yolunda da işlər sürətlə aparılır, artıq bu istiqamətdə işin böyük hissəsi görülmüşdür. Bu işlər isə paytaxtın yol-nəqliyyat infrastrukturunu mükəmməlləşdirməklə yanaşı, əhalinin rahatlığına xidmət edir.

Könül Aypara