Minskdəki metro partlayışında ölənlər yad ediləcək

Minskdəki metro partlayışında ölənlər yad ediləcək

20 May 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 20-də Belorusun paytaxtında Minsk metropoliteninin "Oktyabrskaya" stansiyasında törədilmiş partlayış qurbanlarının qırxı günü ilə əlaqədar tədbirlər keçiriləcəkdir. Terror aktı nəticəsində həlak olanların xatirəsinə çiçəklər düzüləcək, onların məzarları ziyarət ediləcəkdir.

Yada salaq ki, aprelin 11-də Minsk metrosunun "Oktyabrskaya" stansiyasında partlayış baş vermişdi. Terror aktı nəticəsində 11 adam yerindəcə həlak olmuş, 3 nəfər xəstəxanaya aparıldığı zaman yolda dünyasını dəyişmiş, 215 yaralı xəstəxanalara yerləşdirilmişdi. Hazırda xəstəxanalarda 28 nəfər müalicəsini davam etdirir.

Mərhumların 40-ı belə təntənəli qeyd verilirsə, deməli, cümə axşamlarında yaxşı ehsan veriblər...

Könül Aypara

O.M.