Türkiyədə 5.9 bal gücündə zəlzələ meydana gəldi

Türkiyədə 5.9 bal gücündə zəlzələ meydana gəldi

20 May 2011 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Kütahya bölgəsinə dünən meydana gələn zəlzələ Egey, Mərmərə, Ağ dəniz, Anadolu bölgələrində də hiss edildi. 5.9 bal gücündəki zəlzələ zamanı 1 nəfər həyəcandan pəncərədən özünü ataraq ölüb. Digəri isə infarkt keçirərək, gözlərini əbədi olaraq yumub. Biri ağır, ümumilikdə 79 nəfər yaralanıb. Türkiyənin yenidən sarsılacağından qorxan vətəndaşlar gecəni küçələrdə keçirmək məcburiyyətində qalıblar. Mütəxəssislərin fikrinə görə, bu hadisə yenidən təkrarlana bilər. Ona görə də sakinlər hər şeyə hazırlıqlı olsunlar.

Günel Həbib