Şirvanda seçim turu keçirilib

Şirvanda seçim turu keçirilib

20 May 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) "Vətəni tanı" ümumrespublika kampaniyası çərçivəsində növbəti seçim turu Şirvan şəhərində keçirilmişdir. 9 nömrəli orta məktəbdə baş tutan tədbirdə GTMŞ-nin baş katibi Orxan Ərəbov layihənin məqsəd və vəzifələrindən söhbət açmış, "Vətəni tanı" ümumrespublika kampaniyasının ölkəmizin ərazi bütövlüyünün tanıdılması, gənclərə vətənpərvərlik ruhunun aşılanması, təhsilin səviyyəsinin yüksəldilməsi, ölkəmizin xəritəsinin daha dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdir. Seçim turunda şəhər 16 nömrəli orta məktəbin şagirdi Samir Vəliyev və 21 nömrəli orta məktəbin şagirdi Rüstəm Səmədzadə daha uğurla çıxış edərək finala vəsiqə qazanmışlar.

Könül Aypara