Ordumuzun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub

Ordumuzun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub

20 May 2011 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 19-da saat 9.05-dən 9.10-dək Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, saat 21.20-dən 21.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

Keçinin əcəli çatanda başını çomağa sürtür.

Tofiq Əliyev

O.M.