Evlərini bu cür qurtardılar

Evlərini bu cür qurtardılar

20 May 2011 08:30
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Amerikanın ən böyük çayı olan Missisipinin daşması cənubdakı əyalətləri sular altında qoydu. Daşma hadisəsindən sonra çəkilən görüntülər amerikalıların bu kimi fəlakətlərə əvvəlcədən necə hazırlandıqlarını gözlər önünə sərdi. Sular altında qalan Viksburq şəhərində bəzi evlər ətraflarına hörülən xüsusi hasarlarla qurtarılarkən, eyni tədbirin alınmadığı evlər sulara qərq oldular.

Selə görə bu ana qədər insan ölməsə də, çox geniş əkinçilik sahələrinə ziyan dəydi. Bundan başqa, çay üzərindəki gəmi və digər nəqliyyat vasitələrinin hərəkəti dayandırıldı. Xatırladaq ki, sel suları 6 min adamın evakuasiya edilməsi ilə nəticələndi.


Yazda adamın da böyrəyinə soyuq dəyir, tez-tez "çayı" daşır...

Günel Həbib

O.M.