Qəddafi qələbə qazanır

Qəddafi qələbə qazanır

6 Aprel 2011 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada üsyançılar geri çəkilməyə məcbur olub. Belə ki, Qəddafi qoşunları raket və top zərbələri ilə üsyançıları Əcdəbiyyə şəhərini tərk etməyə məcbur edib.

Qərb mətbuatının yazdığına NATO qüvvələrinin yardımına baxmayaraq üsyançılar böyük itki ilə üzləşib.

Üsyana rəhbərlik edən Əbdül Fəttah NATO-nu passivlikdə günahlandırıb. NATO isə hava hücumu zamanı Qəddafi ordusunun 30% -nin məhv edildiyi bildirilib.

Amerikalı diplomat Chris Stevan hadisələri yerində araşdırmaq üçün Benqaziyə gəlib və yerli diplomatlarla görüşüb.