Mak-Kinli zirvəsində 2 alpinist öldü

Mak-Kinli zirvəsində 2 alpinist öldü

19 May 2011 16:02
Bəyəndim (0) Bəyənmədim (0)


Şimali Amerikanın ən yüksək dağ zirvəsi olan Mak-Kinliyə (6 min 200 metr) dırmaşmağa çalışan iki alpinist həyatını itirib. 67 yaşlı Luciano Colombo 5 min 500 metr yüksəkliyə çatanda külək səbəbindən tarazlığını itirib. Təxminən 300 metr diyirlənən Colombonu görən digər alpinistlər vəziyyət barədə səlahiyyətlilərə məlumat veriblər. Xilasedicilər axtarış-xilasetmə əməliyyatı zamanı italyan alpinistin cəsədini tapıb. Daha sonra onlar 38 yaşlı isveçrəli Beat Niederer adlı alpinistin cəsədinə də rast gəliblər. Niedererin üç yoldaşı isə vertolyotla xilas edilib. Xilas edilənlərdən birinin qıçının, digərinin qabırğa sümüyünün qırıldığı və üç alpinistin də donmaq üzrə olduğu açıqlanıb. Qeyd edim ki, 1932-ci ildən indiyə kimi Mak-Kinliyə dırmaşmaq istəyən 110 alpinist həyatını itirib.


İstədi çıxa dağ başına, daş düşdü sağ başına.

Tofiq Əliyev

O.M.