Liviyadan Türkiyəyə zərbə

Liviyadan Türkiyəyə zərbə

6 Aprel 2011 09:46
849
Bəyəndim (0) Bəyənmədim (0)

Livyanın Benqazi vilayətində Türk Baş Konsulluğunu və Benqazi limanındakı türk yardım gəmisini hədəf seçən gənclərin mitinqi səhər saatlarında başlayıb.

Benqazidə Türkiyə Baş konsulluğunun qabağında toplaşan və Ərdoğanın Qəddafinin yanında olmasını istəyən bir qrup gənc "Türkiyə bayrağı endirilsin "deyə qışqırmağa başlayıb.

Ardından Baş konsulluğun "Türk bayrağı heç vaxt endirilə bilməz" ifadəsini eşidən gənclər hiddətlənib və binaya hücum edib.

Baş konsulluğa hücum edən şəxslərin 17 Fevral Yenilikçi Gənclər qrupuna mənsub olması güman edilir. Bir neçə gün bundan əvvəl Ərdoğanın Londonda müxalifətin silahlandırılmasının əleyhinə çıxış etməsi onların hiddətinə səbəb olub. Buna görə də ona qarşı hazırlanmış mitinqlərin davamı gözlənilir.

O.M.