NATO dinc Əfqan üsyançılarını qırır

NATO dinc Əfqan üsyançılarını qırır

19 May 2011 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın Şərqdə baş qaldıran üsyan dalğaları Əfqanıstana da sıçrayıb. 13 mayda Fəryab bölgəsinin Qiasar rayonunda başlayan hökumət əleyhinə nümayişlər qanla yatırılıb. Belə ki, bu ölkədə olan birləşmiş NATO qüvvələri və Əfqan ordusunun hissələri üsyançılara qarşı amansız hücuma keçiblər. Nəticədə 60 dinc nümayişçi öldürülüb. Hərbçilər Ğuçğar kəndinin mərkəzi meydanını üsyançılardan təmizləyərkən dinc insanlar atəşə tutulublar. Onu da qeyd edək ki, adıçəkilən bölgə ölkədə ən sakit və sülhsevər bölgə sayılır.


Ümumiyyətlə, Əfqanıstanda 15000 minlik əcnəbi hərbi kontingent olsa da, 2001-ci il Talibanın devrilməsindən bu günədək sülh əldə oluna bilməmişdir.


Bu da ikili Qərb standartının növbəti təcəssümü. Tunis, Misir, Suriya, Yəmən və Liviyada müxalifəti dəstəkləyən ABŞ Əfqanıstanda bunun tam əksini edir...

Hafiz Əhmədov

O.M.