Ağcabədidə yol qəzası: 1 ölü, 2 yaralı

Ağcabədidə yol qəzası: 1 ölü, 2 yaralı

19 May 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)


Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisində, kənd sakini Taleh Əliyevin idarə etdiyi "VAZ-21011" və Bakı şəhər sakini Aydın Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə T.Əliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri arvadı Nəsibə və oğlu 2 yaşlı Tunar isə xəstəxanaya yerləşdirilmişdir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.


Vaxtında əyləci basmayan çox "uzaqlara" gedir...


Tofiq Əliyev

O.M.