Bakı yollarını yeni taksilər bəzəyəcək

Bakı yollarını yeni taksilər bəzəyəcək

19 May 2011 12:49
650
Bəyəndim (0) Bəyənmədim (0)

May ayının sonunadək Bakıya İngiltərədən 100 ədəd taksi gətiriləcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, mayın sonunadək paytaxt nəqliyyatını 100 ədəd bənövşəyi rəngdə taksi bəzəyəcək. Bu avtomobillər iyun ayından etibarən sərnişinlərin istifadəsinə veriləcək. İlin sonunadək isə İngiltərədən daha 800 ədəd bu tipli klassik taksi modelinin gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, "London Taksi" şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi kimi istifadə edilmək üçün nəzərdə tutulub və "Avro-4" standartlarına tam cavab verir. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradan bu avtomobillərin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulan "Call Center" istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamağına on-line rejimində nəzarət edilir.


Əgər bir çox sürücülərin və Nəqliyyat Departamentinin bəzi işçilərinin psixologiyası dəyişməsə, yenə də köhnə hamam - köhnə tas olacaq...

Günel Həbib

O.M.