VİDEO-Stross Kan istefa verərək təcridxanadan buraxıldı

VİDEO-Stross Kan istefa verərək təcridxanadan buraxıldı

19 May 2011 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Reutersin məlumatına görə, BVF-nin təcridxanada olan rəhbəri Dominik Stross Kan vəzifəsindən istefa vermişdir. O, addımını üzərində olan ləkənin təmizlənməsinə bütün həyatını həsr etməli olduğu ilə izah edib. 18 may tarixli istefa ərizəsində Stross Kan yazır: "Mən barəmdə söylənilən bütün ittihamları rədd edirəm." Bu gün isə Fransanın eks maliyyə naziri 1 milyon ABŞ dolları müqabilində girov qoyaraq təcridxanadan buraxıldı və barəsində tətbiq olunan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Daha doğrusu, proseduranın yaxın saatlarda bitəcəyi və müttəhimin təcridxanadan buraxılacağı gözlənilir. Hələliksə o, Nyu-York adalarının birində Rikers türməsində saxlanılır. Onun durumu ürəkaçan deyil. Bədbin sifəti, açıq düyməli əzik köynəyi, başını çox zaman aşağı salmağı Stross Kanın pis vəziyyətindən xəbər verir. Manhetten dairə prokurorunun mətbuat katibi Erin Daqqan çərşənbə günü bildirmişdir ki, sabah Stross Kan təcridxanadan buraxılacaq.


Xatırladaq ki, 62 yaşlı müttəhim 32 yaşlı qvineyalı (qeyd: ABŞ vətəndaşlığı olmayan) dul hotel işçisinə təcavüzə cəhd etməkdə ittiham olunur. Maraqlıdır ki, hadisə zamanı hotel işçiləri Stross Kanın getməyini gözləyərək polisə ancaq 1 saatdan sonra məlumat veriblər.


Hələliksə Çin, Braziliya və CAR BVF-nin 1945-ci ildən tətbiq olunan rəhbər seçimi üzrə qaydaların dəyişdirilməsini təklif edirlər. Fond böhran vəziyyətində olan Yunanıstan, İrlandiya və Portuqaliya iqtisadiyyatlarına yardımlarını bir müddətlik dayandırmaq məcburiyyətindədir.


Fransada start verən prezident seçkiləri ərəfəsində yaranmış vəziyyət məşhur fransızsayağı sevişmə pozasını xatırladır. Mövcud prezident Nikola Sarkozi Stross Kanı gözdən salmağa çalışır. Amma xəbəri yoxdur ki, özü də gözdən düşür...

Hafiz Əhmədov

O.M.