Ermənilər yenidən atəşkəsi pozublar

Ermənilər yenidən atəşkəsi pozublar

19 May 2011 12:14
Bəyəndim (0) Bəyənmədim (0)


Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 17.50-dən 18.00-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərimizi, saat 19.00-dan 19.20-dək, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi, saat 15.05-dən 15.32-dək və 15.45-dən 16.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ermənilər cəbhənin digər istiqamətlərində də atəşkəsi pozublar.


Ermənistan silahlı birləşmələrinin hissələri mayın 18-də saat 20.30-dan 20.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, mayın 19-da isə saat 00.50-dən 01.05-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.


Ermənilər elə hey atəşkəsi pozurlar, çünki pozğundurlar. Pozğunları sakitləşdirməyin isə bir yolu var...

Tofiq Əliyev

O.M.