Abşeronda "Əsgər ailəsi" cəmiyyəti çağırışçılarla görüşdü

Abşeronda "Əsgər ailəsi" cəmiyyəti çağırışçılarla görüşdü

19 May 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Əsgər Ailəsi" cəmiyyətinin üzvləri ilə Abşeronda hərbi xidmətə cağırılan gənclər arasında görüş keçirilmişdir. Görüşün əsas məqsədi "Gənc çağırışçılar arasında hərbi-vətənpərvərik mövzulu maarifləndirmə tədbirlərinin keçirilməsi" adlı layihə çərçivəsində hərbi xidmətə cağırılan gəncləri orduya, hərbi xidmətə təlimatlandırmaq, onlarda hərbi vətənpərvərlik əhvali ruhiyyəsini yüksəltmək idi.


Tədbiri Xırdalan 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalova açaraq, çağırışçılara qonaqları təqdim etdi, orduda xidmət edən abşeronlu Milli qəhrəmanlar, şəhidlər barəsində söhbətlər edərək şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməsini tövsiyyə etdi.


Bakı Müəllimlər İnstitutunun əməkdaşı Şahrza Ağayev, Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev,Abşeron Təhsil şöbəsinin təlimatçısı Aslan Həziyev, ehtiyatda olan polkovnik Sabir Nağıyev və başqaları çıxış edərək Azərbaycan Ordusunun gücündən, qüdrətindən, bu orduda xidmət etməyin şərəfli olduğundan danışdılar.


Tədbirin təşkilatçısı "Əsgər Ailəsi" cəmiyyətinin sədri hərbi jurnalist-yazıçı Roza Əliqızı gənclərə orduda necə xidmət etmək mövzusunda marifləndirici söhbətlər etdi, gənc çağırışçıların suallarına cavab verərək orduda heç bir narahatçılığın olmadığını bildirdi. "Əsgərlik kişilik məktəbidir, sınaq meydanıdır", - deyərək onları hərbi xidmətə hazır olmağa səslədi. Roza Əliqızının salonda olan çağırışçılara "Hərbi xidmətə hazırsınızmı"? sualına bütün salondakılar "hazırıq!" cavabını verdilər. Sonra "Yaşasın Azərbaycan Ordusu!" sədaları altında ayağa duraraq qonaqları alqışladılar. Sonda Roza Əliqızı "Erməni İşğalı" adlı kitabını gənc çağırışçılara payladı.


Layihənin donoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

"Əsgər Ailəsi" Cəmiyyəti

informasiya mərkəzi