Argentinada təyyarə qəzası

Argentinada təyyarə qəzası

19 May 2011 10:36
Bəyəndim (0) Bəyənmədim (0)
22 nəfər öldü


Argentinanın yerli aviaşirkətlərindən biri olan "Sol"a aid sərnişin təyyarəsindən xəbər-ətər yox idi. 22 nəfərlik təyyarə ilə Argentinanın şərqindəki Pataqonya bölgəsində əlaqələrin kəsildiyi söylənmişdi. Bələdiyyə sədri Mabel Yahuar səmada partlama səslərinin gəldiyi ilə bağlı xəbər aldığını bildirmişdi. Lakin...


Aldığımız son xəbərə görə, təyyarənin qəzaya uğradığı artıq təsdiqlənib. Pataqonyada qəzaya uğrayan təyyarədən təəssüf ki, sağ çıxan tapılmayıb. "Sol"dan verilən açıqlamaya görə, təyyarədə 19 sərnişin və 3 personaj var idi.


Hadisənin səbəbləri isə yeganə şahid olan qara qutudan soruşulacaq...

Günel Həbib

O.M.