Vergidən yayınan taksi və yük maşınlarının sahibləri cəzalandırılır

Vergidən yayınan taksi və yük maşınlarının sahibləri cəzalandırılır

19 May 2011 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin 11 saylı "Regionalnəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirmişlər ki, kollektiv Tovuz, Ağstafa və Qazax rayonlarında nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşınmalarına görə ödənilən vergilərə nəzarət edir. Cari ilin yanvar-aprel aylarında müəssisə tərəfindən nəqliyyat xidməti göstərən 2.700 minik və yük maşını qeydiyyata alınmış və onlara fərqlənmə nişanı verilmişdir. Bu nəqliyyat vasitələri tərəfindən sərnişin və yük daşınmasına görə büdcəyə 36 min 621 manat vəsait ödənilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətin əsas problemi taksi və yük maşınlarının sahibləri olan fiziki şəxslərin vergi ödəmələrindən yayınmasıdır. Bu ilin dörd ayı ərzində vergidən yayınan 393 nəqliyyat vasitəsinin sahiblərinə cərimə aktı tərtib olunaraq, 14 saylı ərazi vergilər idarəsinə göndərilmişdir. Belə tədbirlər davam etdirilir.


Dövlətə vergi, vətənə sevgi...

Tofiq Əliyev

O.M.