KİVDF yeni layihənin icrasına başlayıb

KİVDF yeni layihənin icrasına başlayıb

18 May 2011 20:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mətbuat Şurası "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsinin icrasına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçiriləcək layihənin müddəti dörd aydır. Bu müddətdə ictimai fikrə təsir göstərən ölkənin nüfuzlu kütləvi informasiya vasitələrindəki materialların dil xüsusiyyətləri nəzərdən keçiriləcəkdir. Bununla bağlı hər ayın sonunda müzakirələr təşkil olunacaqdır.
Layihə çərçivəsində, həmçinin monitorinqin nəticələrinin hər ay açıqlanması və sonda mövzu ilə bağlı ümumrespublika konfransının təşkili nəzərdə tutulur.

Könül Aypara