Əl-Qaidənin yeni rəhbəri təsdiqləndi

Əl-Qaidənin yeni rəhbəri təsdiqləndi

18 May 2011 17:13
Bəyəndim (0) Bəyənmədim (0)


Bu saatlarda Reuters agentliyinin verdiyi məlumatda bildirilir ki, Ben Ladenin ölümündən sonra Əl-Qaidə təşkilatına yeni bir lider təyin olunmuşdur. Bu, misirli Saif əl Adeldir. Həmin şəxs 1998-ci ildə Nayrobidə və Dar əs Salamda təşkil olunan terror aktlarına birbaşa rəhbərlik etmişdir. O, həmçinin 1990-cı ildə Sudanda və Əfqanıstanda terror düşərgələrinin təşkilində iştirak etmişdir.


Ehtimal olunur ki, Adel 2001-ci il 11 sentyabr hadisələrinin ardınca ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra İrana qaçmışdır və həmin ölkədə ev dustağı olmuşdur. İran rəsmiləri onu ötən il azadlığa buraxdıqdan sonra o, Əfqanıstan-Pakistan sərhədinə getmişdi.


Terror təşkilatının rəhbəri dəyişsə də, amalı dəyişən deyil...

Hafiz Əhmədov

O.M.