Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada saxlanan dindarların sayı 12-yə çatıb

Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada saxlanan dindarların sayı 12-yə çatıb

18 May 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin binası qarşında keçirdiyi qanunsuz aksiya ilə bağlı saxlanılan şəxslərin sayı 12-yə çatıb. Bu barədə vəkil Dilqəm Ağayev məlumat verib. Vəkil həmin şəxslərin kimliyi barədə ətraflı məlumat öyrənə bilmədiyini deyib: "Bu cinayət işi ilə bağlı hələlik rəsmi açıqlama verilmir. Ona görə biz də saxlanılan şəxslərin barələrində ətraflı məlumata malik deyilik. Lakin məndə olan məlumata görə, artıq saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilənlərin sayı 12-yə çatıb ".


Xatırladaq ki, mayın 6-da qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanı pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır.


Dinlə siyasət ayrı olsa yaxşıdır...

Tofiq Əliyev

O.M.