Leyləklər yüksək gərginlikli elektrik dirəklərində bir neçə mərtəbəli yuva qurub

Leyləklər yüksək gərginlikli elektrik dirəklərində bir neçə mərtəbəli yuva qurub

18 May 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan-İğdır avtomagistralının 6-cı kilometrində leyləklərin yüksək gərginlikli elektrik xətləri dirəklərində qurduğu bir neçə mərtəbəli yuvalar görənləri heyrətləndirir. Yüksək cərəyanlı elektrik dirəklərində yerləşən bir neçə mərtəbəli yuvalar villalara bənzəyir. Turistlər Naxçıvanla Türkiyənin sərhədindəki Dilucu sərhəd-buraxılış məntəqəsini keçəndən sonra Şərur kəndinin yolunda bir dirəkdə 4 mərtəbəli leylək yuvasına böyük maraqla baxırlar. Görünür, leyləklər başqa yer tapmadıqlarından elektrik dirəyində bir neçə mərtəbəli yuvalar qurmuşlar.


Belə getsə, leyləklər bir azdan evlərinə "balkon" çıxarmaq istəyəcəklər...

Tofiq Əliyev

O.M.