ADU-də konfrans sabah da davam edəcək

ADU-də konfrans sabah da davam edəcək

18 May 2011 13:49
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda IV Respublika elmi konfransı keçirilib. Konfransda ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb. Rektor rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışdı. Sabah başa çatacaq konfransda 150-dən çox məruzə dinləniləcək, mövzu üzrə müzakirələr aparılacaq.


İnkişaf etməkdə olan Azərbaycan dünyaya sürətlə inteqrasiya olunur. Bu yolda xarici dillərin öyrənilməsi əsas şərtdir...

Könül Aypara

O.M.