Çində qarpızlar partlayır

Çində qarpızlar partlayır

18 May 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)


Çinin şərqindəki Jianqsu vilayətindəki qarpızlar müəyyən ölçüyə gəldikdən sonra partlayırlar. Aparılan araşdırma göstərib ki, builki məhsulun 1/4 hissəsinin yararsız hala düşməsinin əsas səbəbi qarpıza vurulan kimyəvi süni böyüdücü maddələrdir. Düzdür, bu maddələrin insan sağlamlığına ciddi ziyanı yoxdur. Amma hər halda, görünür, bu dəfə əkinçilər bolluca məhsul götürmək istəyiblər ki, maddənin dozasını artırıblar. Nəticədə də Əli aşından da olublar, Vəli aşından da.


Qarpıza normada artıq iynə vuranların "iynəsini" vuracaqlar...

Günel Həbib

O.M.