Diyarbakırda arı dəhşəti

Diyarbakırda arı dəhşəti

18 May 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
2 uşaq öldü, 1 yaralı var

Diyarbakırın Çermik mahalında pətəkdən çıxan arıların sancdığı 5 yaşlı Nehir və 4 yaşlı Abdulvahap Çiçək qardaşları ölüb. 6 yaşlı İbrahim Soğukçeşmənin isə həyati təhlükəsi hələ də davam edir.

Belə ki, dünən oynamaq üçün evlərindən aralanan uşaqlardan uzun müddət xəbər çıxmayıb. Kəndlilər onların axtarışına çıxıb. Sonradan uşaqlar hər tərəfi şişmiş halda yerdə huşsuz vəziyyətdə tapılıb. Onlardan ikisi ölmüşdü. Digəri isə hələ həyatla ölüm arasında mücadilə edirdi. Tibb işçiləri uşaqların arı sancmasından zəhərləndiklərini bildiriblər.

Əbəs yerə deməyiblər: "Arının balını ye, amma özünü hirsləndirmə."

Günel Həbib

O.M.