Salyanda ata ehtiyatsızlıqdan oğlunu yaralayıb

Salyanda ata ehtiyatsızlıqdan oğlunu yaralayıb

18 May 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)


Salyan rayonunun Xalac kəndində yaşayan Ağabəy Ağayev ov tüfəngindən pişiyə atəş açarkən ehtiyatsızlıqdan oğlu Urfanı yaralayıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Urfan evə buraxılıb. Salyan RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd ov tüfəngi götürüblər.

"Pişik çox istədiyindən öz balasını yeyir", deyirlər. Bu dəfə isə pişik yox, kişi ehtiyatsızlıqdan balasını vurub...

Tofiq Əliyev

O.M.