Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutub

Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutub

18 May 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 17-də saat 23.00-dan 23.10-dək və mayın 18-də saat 00.10-dan 00.30-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı, saat 02.18-dən 02.24-dək Füzuli rayonunun Qorqan, saat 05.20-dən 05.25-dək Tərtər rayonunun Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

Düşmən hər dəfə sükutunu pozur, biz isə ona cavab verməli oluruq. Onu birdəfəlik susdurmaq lazımdır ki, sükut pozulmasın...


Tofiq Əliyev

O.M.