1700 sərnişin dənizin ortasında qaldı

1700 sərnişin dənizin ortasında qaldı

18 May 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)


"MSC Opera" adlı gəmi Amsterdam, Stokholm, Helsinki, St.Peterburq və Kopenhagen limanlarından keçərək yolçulara gözəl bir səyahət yaşatmaq istəyirdi. Ancaq gəmi Baltik dənizində kabus dolu günlər yaşayıb. Üç gün ərzində dənizin ortasında gəmidəki qəzanı aradan qaldırmaq üçün çalışıblar, tualetlər də iflic vəziyyətə düşdüyündən sərnişinlər böyük çətinlik çəkiblər. Sərnişinlərin böyük narazılığına səbəb olan təmir işləri əsnasında gəmi kapitanının köşkdən çıxmadığı və gəmi heyətinin hirsli sərnişinləri sakitləşdirmək üçün ödənişsiz içki payladığı bildirilib. Gəmi İsveçdən gələn kömək sayəsində xilas olub.

Həmişə olduğu kimi dilxor sərnişinlər spirtli içki ilə dilxoşluq ediblər....

Tofiq Əliyev

O.M.