10 milyon insanın həyatını xilas edəcək

10 milyon insanın həyatını xilas edəcək

18 May 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)


Milyarder iş adamı Bill Qeyts Dünya Səhiyyə Təşkilatının hər il təşkil etdiyi Dünya Səhiyyə Yığıncağına qatıldı. Qeyts 10 il ərzində çıxarılacaq yeni peyvəndlərlə 10 milyon insanın həyatının qurtarılacağını söylədi. Xeyriyyəçi "Bill & Melinda Gates" dərnəyinə başçılıq edən "Microsoft"un prezidenti Qeyts Cenevrədə 64-cüsü keçirilən konfransda dünyaya, "Milyonların həyatını qurtaraq", - çağırışı etdi. O, yoluxucu xəstəliklərə qarşı mübarizənin daha da güclənməsi lazım olduğunu ifadə edərkən, "2015-ci ilə qədər 4, 2020-ci ilə qədər isə 10 milyon adamın peyvəndlərlə ölümdən qurtula biləcək", - deyə ifadə etdi. 2010-2020 arasındakı dövrü "peyvənd çağı" olaraq xarakterizə edən Qeyts 10 illik müddət ərzində 5-6 yeni peyvəndin gün işığına çıxarılacağını da bildirdi. Dərman istehsalçılarına yoxsul ölkələri peyvəndlərlə təmin etmək mövzusunda daha çox səy göstərməyə dəvət edən milyarder, "Əgər xeyriyyəçi bol olsa, 2015-ci ilə qədər 4 milyon insanın həyatını xilas edərik. 2020-də isə bu rəqəm 10 milyona çata bilər", - dedi.


Nədənsə bizim zənginlər əsasən qadınları "peyvənd" etməklə məşğuldurlar...

Günel Həbib

O.M.