Etiraz əlaməti olaraq ağızlarını tikdilər

Etiraz əlaməti olaraq ağızlarını tikdilər

5 Aprel 2011 17:49
766
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviya həbsxanalarındakı məhbuslar hökumətə etiraz əlaməti olaraq ağızlarını tikdilər. Belə ki, hökumət rəsmiləri illik həbsxana büdcəsinin iclasında gündəlik üç pay yeməyə 0,70-0,90 dollar arası qiymətin üzərində dayandılar. Bunu eşidən cəzaçəkmə müəssisəsinin sakinləri iki ayaqlarını bir başmağa dirəyərək, ən az 1,4 dollar yardım istədilər. Bu səbəbdən də Chonchocoro, Oruro, Sucre və Trinidad şəhərlərindəki həbsxanalarda gündəlik yemək ehtiyacları kifayət qədər qarşılanmayan 7 mindən çox məhbus hökuməti etiraz etmək üçün ağızlarını tikdilər, özlərinə çarmıxa çəkdilər. Bəzi məhbuslar isə başlarına qədər torpağa basdırıldı.

O.M.