"Terminator"un qeyri-qanuni uşağı var imiş

"Terminator"un qeyri-qanuni uşağı var imiş

18 May 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)
10 illik sirrin üstü açıldı


Ünlü film ulduzu, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsneqqerin 10 illik sirri ortaya çıxdı. Onun həyat yoldaşı Mariya Şriverdən ayrılma səbəbi sən demə, aktyorun evin xidmətçisi ilə aralarında olan sevgi münasibəti və münasibətin bəhrəsi imiş. Los-Ancelesin "Time" qəzetinin yazdığı xəbərə görə, evin xidmətçisi 10 il öncə Arnolddan dünyaya uşaq gətirdiyini Mariya Şriverə söylədikdən sonra sonuncu bu evliliyə son qoymuşdu. Qeyd edək ki, Arnold və Mariya 9 may tarixində ortaq bir qərarla 25 illik evliliklərini bitirdiklərinə dair açıqlama vermişdilər. Bu xəbərə hələ ki əks tərəfdən bir cavab gəlməyib. Bütün dünya ilə yanaşı, biz də Arnold Şvartsneqqerdən açıqlama gözləyirik. Ya hə, ya yox!


Arnoldun bir çıxış yolu var - camaatı inandırmalıdır ki, filmdəki kimi uşağı özü doğub...

Günel Həbib

O.M.