Britniyə dövlət sahib çıxdı

Britniyə dövlət sahib çıxdı

18 May 2011 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Xatırlayırsınızsa, sizlərə bir ananın azyaşlı qızını botoks, tatu kimi proseduralara məruz qoyduğu xəbərini çatdırmışdıq. 8 yaşlı qızını "Gözəllik yarışmasına hazırlayıram", - deyərək, botoks edən amerikalı ana Kampelın valideynlik hüquqları əlindən alındı. Gözəllik mütəxəssisi anasının üzünə botoks tətbiq etdiyi səkkiz yaşlı amerikalı Britni dövlət qorumasına alındı. San-Fransiskoda yaşayan Keri Kampbel, "Gözəllik yarışmasına qatılacaq", - dediyi qızının üzünün qırışmasını istəmədiyini bildirmiş, bir televiziya kanalı üçün Britninin qaşına, göz və dodaq ətrafına botoks tətbiq etmişdi. Kiçik qız isə üzündəki yanıq ağrısına buz torbası sayəsində dözə bilirdi. ABŞ-lı qız ağrılar içində qıvrılırkən anasının "Botoks etdirdiyi üçün onunla fəxr edirəm", sözləri böyük reaksiyaya səbəb olmuşdu. Hadisənin ortaya çıxmasının ardından "ABC" televiziyasına qızı ilə birlikdə qatılan ana Kampbel, "Botoks qanunsuz bir tətbiq deyil. Hər kəs botoks etdirir", - deyərək özünü müdafiə etdi. Britni isə botoks iynələrinin onu ağrıtdığını, ancaq gələcəkdə üzündə qırışıqlıq olmasını istəmədiyini, böyüyüncə burun və sinəsində də estetik əməliyyat etdirəcəyini söyləmişdi. Ana Kampbelın botoks tətbiqi sertifikatının olmadığı da ortaya çıxdı.


Adətən tibdə təcrübəni siçanların üzərində aparırlar...

Günel Həbib

O.M.