Salyanda ağır yol qəzası baş verdi

Salyanda ağır yol qəzası baş verdi

18 May 2011 09:41
Bəyəndim (0) Bəyənmədim (0)


Salyan rayonunda, Ələt-Astara avtomobil yolunun 48-ci kilometrliyində yük avtomobili "QAZ" markalı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilində olan 2 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1951-ci il təvəllüdlü Əhmədov Soltan Dadaş oğlunun və 1965-ci il təvəllüdlü Abbasov Fəxrəddin Ağagül oğlunun cəsədini çıxarmışlar. Qəza zamanı yaralanmış 1997-ci il təvəllüdlü Abbasov Elvin Fəxrəddin oğlu və 1969-cu il təvəllüdlü İbrahimov Namiq Əmrah oğlu xəstəxanada vəfat etmişdir.

Həyatda təhlükə ilə üz-üzə gəlməmək üçün başqasının yoluna çıxmayın...

Tofiq Əliyev

O.M.